"Barselona"da ciddi itki

"Barselona"nın futbolçusu Ansu Fati zədələnib.

Newsport.az-ın məlumatına görə, o, La Liqanın 9-cu turunda "Betis"lə matçın ikinci hissəsində zədələnib və 46-cı dəqiqədə Lionel Messi ilə əvəzlənib. Oyundan sonra açıqlama yayan Kataloniya klubu 18 yaşlı oyunçunun sol dizindən zədə aldığın açıqlayıb. Növbəti dəfə tibbi müayinədən keçdikdən sonra onun müalicəsinə başlanacaq. Fati əməliyyat olunacağı təqdirdə, 3-4 ay yaşıl meydanlardan uzaq qala bilər.

Qeyd edək ki, Ansu bu mövsüm 10 matçda 10 qol vurub və 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right