"Barselona"nın sabiq futbolçusu Cibuti klubunda

"Barselona", "Arsenal", "Rubin"un sabiq futbolçusu Aleks Sonq Cibutinin “Arta Solar 7” klubu ilə müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi qarşıdakı 2 il ərzində Afrika təmsilçisində çıxış edəcək. Kamerun millisinin sabiq üzvü eyni zamanda, klub akademiyasında məşqçi səlahiyyətlərini də yerinə yetirəcək.

Qeyd edək ki, Aleks Sonq son klubu İsveçrə “Syon”u olub. O, buradan martda azad agent kimi ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right