“Real” futbolçusu Dani Karvahalla müqaviləni uzatmağa hazırlaşır.
Newsport.az-ın məlumatına görə, ispan müdafiəçi ilə yeni müqavilənin şərtləri artıq razılaşdırılıb. Onunla 2024-cü ilin iyun ayına qədər sözləşmə imzalanacağı bildirilir.
Qeyd edək ki, 2013-cü ildən Madrid klubunda çıxış edən Karvahalın hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.