"Barselona" müflis olmaq təhlükəsi ilə üz-üzə

"Barselona" maliyyə böhranı ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, futbolçular maaşlarının azaldılması təklifi ilə razılaşmayacağı təqdirdə, Kataloniya təmsilçisi müflis ola bilər. Koronavirus pandemiyasınadək illik gəliri 940 milyon funt-sterlinq olan La Liqa klubunda hazırda bu rəqəm 746 milyon funt-sterlinqdir. Vəziyyətdən çıxış yolu axtaran rəhbərlik məvacib məsələsində oyunçularla ortaq məxrəcə gəlməyə çalışır.

Hələlik yalnız Jerar Pike, Mark-Andre ter Ştegen, Frenki De Yonq və Kleman Lanqle maaşlarının azaldılmasına razılıq verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right