"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi "Valensiya"nın yarımmüdafiəçisi Joffrey Kondoqbianın transferini bitirib. 27 yaşlı oyunçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Kondoqbia bu mövsüm La Liqada 5 matçda oynayıb.