"Vilyarreal"dan qələbə

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" La Liqada növbəti oyuna çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda 8-ci turda doğma meydanda "Valyadolid"i qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Vilyarreal" – "Valyadolid" - 2:0
Qollar:
 Çukvueze, 21, Torres, 37

Bu qələbə ilə xalını 15-ə yüksəldən Unay Emerinin komandası turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Real Sosyedad" 17 xalla 1-ci, "Real" 16 xalla (7 oyun) 2-cidir.

Qeyd edək ki, "Qarabağ" "Vilyarreal"a İstanbulda keçirilən matçda 1:3 hesabı ilə uduzub. Bu komandalar arasında İspaniyadakı görüş dekabrın 10-u oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right