"Real" La Liqada növbəti oyuna çıxıb.
Newsport.az-ın məlumatına görə, Madrid klubu 8-ci turda evdə "Hueska" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 40-cı dəqiqədə "Real"ın futbolçusu Eden Hazard açıb. Bununla da belçikalı oyunçu builki ilk qolunu vurub. Bundan başqa o, Madrid təmsilçisinin heyətində 392 gündən sonra ilk dəfə fərqlənib. Zədə səbəbindən uzun müddət idi oynamayan Hazard sonuncu dəfə "Real"da ötən il oktyabrın 5-i fərqlənmişdi.
"Hueska" ilə görüşdə Benzema dubl edib, daha 1 qolu isə Lukas Vaskes vurub.
"Real" - "Hueska" - 4:1
Qollar: Hazard, 40 (1:0), Benzema, 45 (2:0), Valverde, 54 (3:0), Ferreyro, 74 (3:1), Benzema, 90 (4:1)
Qeyd edək ki, Zinəddin Zidanın baş məşqçisi olduğu komanda hazırdqa 16 xalla 1-cidir. "Real Sosyedad" və "Kadiz" hərəyə 14 xalla 2-3-cü pillələri bölüşdürür.