Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi Xorvatiyanın "Hayduk" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Split təmsilçisini bundan sonra Hari Vukas çalışdıracaq.
Bir neçə həftə öncə Stanko Poklepoviçin istefasından sonra komandanı oyunlara Qoran Vuçeviç çıxarırdı. Amma son uğursuzluqlar klub rəhbərliyini yeni baş məşqçi axtarışına çıxmağa məcbur edib. Nəticədə splitlilər Vukasla anlaşıblar.
Vukas əvvəllər "Hayduk"da köməkçi məşqçi kimi çalışırdı.