"Makkabi"nin koronavirusa yoluxan futbolçusu sağaldı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Makkabi”nin (Təl-Əviv) koronavirusa yoluxmuş futbolçusu Enrix Saboritin durumuna aydınlıq gəlib.
 

Newsport.az-ın məlumatına görə, təxminən bir ay əvvəl koronavirus infeksiyasına yoluxan 28 yaşlı sol cinah müdafiəçisindən götürülən son test nümunələrinin cavabı neqativ çıxıb. Saboritin artıq tamamilə sağaldığı müəyyən olub.

Baş məşqçi Yorqos Donis şans verəcəyi təqdirdə ispaniyalı futbolçu Ağdam təmsilçisinə qarşı oyanacaq.

 
Qeyd edək ki, sabah Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right