"Barselona"nın prezidenti karantinə alındı

“Barselona”nın prezidenti Xosep Bartomeu karantinə alınıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb klub rəhbərinin koronavirus infeksiyasına yoluxan qohumu ilə təmasda olmasıdır.

Evində karantinə alınan 57 yaşlı funksionerin ilk testinin nəticəsi neqativ çıxıb. İkinci testin nəticəsi də pozitiv olmasa, Bartomeu karantindən çıxacaq. O, Çempionlar Liqasının qrup mərhələsində bu gün Macarıstanın “Ferensvaroş" klubu ilə keçiriləcək oyunu stadiondan izləyə bilməyəcək.

Qeyd edək ki, “Nou Kamp”da keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right