Ötən gün "Elazığspor"un prezidenti Selçuk Öztürk mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, "Cavid İmamverdiyev komandanı niyə tərk etdi?" sualına klub prezidenti belə cavab verib:
"Bildiyiniz kimi, Cavidi icarə əsasında komandaya qatmışıdıq. Onun bütün pulunu vermişdik, lakin bizi tərk edib getdi. Bu barədə FİFA-nı da məlumatlandırdıq. Bu saatdan sonra onun komandaya xeyiri olacağını düşünmürəm".