"Atletiko" Suareslə müqavilə imzaladı

"Atletiko" "Barselona"nın futbolçusu Luis Suaresi transfer edib.

 

Newsport.az klubun saytına istinadla xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb. "Hindular" uruqvaylı futbolçunun keçidinə görə 6 milyon avro təzminat ödəyib. Təcrübəli forvardın performansına görə qarşı tərəfə bonuslar da ödənəcək.

 

Suares ötən mövsüm "Barsa"da keçirdiyi 36 oyunda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right