Asiya Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, D qrupunda mübazirə aparan Təbrizin "Traktor Sazi" klubu evdə "Nasaf"la qarşılaşacaq.
Son turda lider "Əl Əhli" ilə 2:2 bərabərə qalan "Traktor Sazi" bu görüşdə qələbə qazanmağa çalışacaq. Cənubi Azərbaycan klubu bu görüşdə qalib gələcəyi təqdirdə turnir cədvəlində ikinci pilləyə yüksələcək.
Qeyd edək ki, digər oyunda "Əl Əhli" (Səudiyyə Ərəbistanı) "Əl Əhli" (Birləşmiş Ərəb Əmirlikləri) klubunu qəbul edəcək.
21 aprel
Asiya Çempionlar Liqası, qrup mərhələsi
18:30. "Traktor Sazi" - "Nasaf" (Özbəkistan) - 1:2
Qollar: Mehdi Kiani, 52 (1:0), Artur Gevorkyan, 59 (1:1), 71 (1:2)