Argentina yığmasının üzvü “Sevilya”da

“Sevilya” növbəti transferini həyata keçirib.
 
Newsport.az xəbər verir ki, La Liqa təmsilçisi Lissabon “Sportinq”inin müdafiəçisi Markos Akunyanı heyətinə qatıb.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Argentina yığmasında 25-dən çox oyun keçirmiş Akunya, 2010-2107-ci illər aralığında ölkəsinin “Ferrokarril” və “Rasinq” klublarında forma geyinib. 2017-ci ildən isə o, “Sportinq”in uğurları üçün çalışırdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right