Avroliqada I təsnifat mərhələsinə yekun vuruldu

Bu gün futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin sonuncu oyunu keçirilib.
 
Newsport.az xəbər verir ki, koronavirus pandemiyası üzündən təxirə salınmış görüş Estoniyada baş tutub.
 
Yerli “Nomme Kalyu” öz meydanında Sloveniya “Mura”sını qəbul edib. Fasiləyə qədər rəqib qapısından 4 cavabsız top keçirən qonaqlar böyükhesablı qələbə sayəsində növbəti mərhələyə yüksəliblər.
 
Qeyd edək ki, "Mura" II təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu qəbul edəcək. Sentyabrın 17-də baş tutacaq həmin matçın qalibi növbəti mərhələdə Niderland təmsilçisi PSV ilə öz meydanında qarşılaşacaq.
 
Avropa Liqası
I təsnifat mərhələsi
10 sentyabr
 
Nomme Kalyu (Estoniya) - Mura (Sloveniya) 0:4
Qol: Zizek, 17; 27. Kous, 33. Kozar, 36.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right