İspaniya La Liqasının lideri "Barselona" bu gün növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Kataloniya klubu doğma meydanda "Valensiya"nı qəbul edib. Qarşılaşma "Barsa"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Luis Suares və Lionel Messi vurub.
Bu qələbə ilə xalını 78-ə yüksəldən Luis Enrikenin komandası birinci pillədəki yerini qoruyub.