Rakitiç "Sevilya" ilə müqavilə imzaladı

“Barselona”dan ayrılan İvan Rakitiçin “Sevilya”ya keçidi rəsmiləşib.
 
Newsport.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. “Sevilya” bu keçid üçün “Barselona”ya 1,5 milyon avro təzminat ödəyib. Gələcəkdə Əndəlus təmsilçisi 9 milyon avro bonus da ödəməli olacaq.
 
Qeyd edək ki, 32 yaşlı Rakitiç 2011-2014-cü illərdə də "Sevilya"da çıxış edib. O, son altı ildə “Barselona”nın uğurları üçün çalışıb. Rakitiç Kataloniya təmsilçisində 310 oyuna çıxıb, 36 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right