"Real" yarımmüdafiəçisi Xames Rodriqes karyerasını İngiltərədə davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, kolumbiyalı yarımmüdafiəçi "Everton"a keçib. Liverpul təmsilçisi 29 yaşlı futbolçunun keçidini və müqavilə şərtlərini tezliklə açıqlayacaq.
Xamesin Madrid təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatırdı. "Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib.