Pepe Reynanın yeni klubu müəyyənləşdi

Yeni mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Latsio" heyətini gücləndirib.

 

Newsport.az-ın məlumatına görə, Roma təmsilçisi "Milan"ın qapıçısı Pepe Reyna ilə anlaşıb. 37 yaşlı əlcək sahibi 2 illik müqavilə təklifini qəbul edib.

 

Reyna ötən mövsümün ikinci yarısını İngiltərənin "Aston Villa" klubunda keçirib. "Barselona"nın yetirməsi "Vilyarreal", "Liverpul", "Napoli", "Bayern" kimi klublarda çıxış edib. Reyna İspaniya millisi ilə dünya və Avropa çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right