Kalyexon İspaniyaya qayıtdı

"Napoli" ilə müqaviləsi başa çatan Xose Kalyexon karyerasını ölkəsi İspaniyada davam etdirəcək.

 

Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi "Vilyarreal"la razılığa gəlib. "Sarı sualtı qayıq" ispaniyalı futbolçu ilə 2 illik müqavilə imzalayıb.

 

Kalyexon 2013-cü ildə Madrid "Real"ından 10 milyon avro qarşılığında "Napoli"yə keçmişdi. O, Neapol klubunda keçirdiyi 349 oyunda 82 qol vurub, 79 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right