"Planım "Barselona"da qalmaqdır" Luis Suares

"Barselona"nın hücumçusu Luis Suares komandadakı gələcəyi barədə danışıb. Newsport.az xəbər verir ki, o, klubdan göndəriləcəyi barədə çıxan söz-sözbətləri təkzib edib:

"Klub rəhbərliyində komandada dəyişiklik olacağı barədə danışılır. Ancaq heç kim mənə göndəriləcəyimi bildirməyib. 6 ildir bu klubdayam. Fikirlərimi sərbəst şəkildə deməyə haqqım var. “Barselona” üçün hər şeyin ən yaxşısını istəyirəm. Planım burada qalmaqdır. Əgər klub əksinə qərar versə, onlarla danışığa hazıram. Mənə arxalandıqları müddətcə əlimdən gələni etməyə davam edəcəm. Bura gəldiyimdən bəri yalnız dəstək hiss etmişəm və bu mənə çox güc verib. Kumanla hələ danışmamışam. Məşqçi mənə şans verməyi düşünsə, komandaya kömək etməyə hazıram”.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2014-cü ildən Kataloniya klubunda çıxış edir. O, bu müddət ərzində 4 dəfə La Liqa və ölkə kuboku, 2 dəfə isə İspaniya Super Kuboku ilə Çempionlar Liqasınıı qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right