Qaret Beyl Premyer Liqaya klubu ilə razılaşıb

“Real”ın hücumçusu Qaret Beyl karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, uelsli futbolçu “Mançester Yunayted”lə razılığa gəlib.

Məlumata görə, Madrid təmsilçisi yüksək məbləğdə maaş alan oyunçunun satılmasına razılıq verib. Beyl baş məşqçi Zinəddin Zidanın planlarına daxil deyil. Artıq tərəflərin razılığa gəldiyi bildirilir. Transferin yaıxn günlərdə açıqlanacağı vurğulanıb.

Qeyd edək ki, Qaret Beyl “Real”a keçməzdən əvvəl 2007-2013-cü illərdə “Tottenhem”in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right