"Real" Mbappedən vaz keçmir

“Real” PSJ-nin hücumçusu Kilian Mbappeni almaqda israrlıdır. Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 2021-ci ildə fransalını heyətinə qatmağı planlaşdırır.

Məlumata görə, Mbappe Paris təmsilçisinin müqavilə yeniləmək təklifini geri çevirib. Klub rəhbərliyi isə oyunçunun 2022-ci ildə pulsuz getməsindənsə, gələn mövsüm onu satmağı daha məqsədəuyğun hesab edir.

Xatırladaq ki, fransalının klubu ilə sözləşməsi 2022-ci ilə qədərdir.

Mbappe ötən mövsüm Liqa1-də 20 oyun keçirib və 18 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right