“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, katalonları bundan sonra Niderland millisinin baş məşqçisi Ronald Kuman çalışdıracaq. Bu barədə klub prezidenti Xosep Bartomeu məlumat verib.
57 yaşlı mütəxəssis bu vəzifədə Kike Setyeni əvəz edib.
Kuman 1989-1995-ci illərdə “Barselona”da çıxış edib. O, 2018-ci ildən Niderland yığmasını çalışdırırdı.