Çempionlar Liqasında yeni mövsümdə 1-ci təsnifat mərhələsinə start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 5 matç keçirilib. Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyanın “Sileks”inə 4:0, Belarus “Dinamo”su Qazaxıstan "Astana"sına 6:3, Şotlandiya “Seltik”i İslandiya "Reykyavik"inə 6:0, Serbiya “Srvena Zvezda”sı Cəbllütariq "Europa"sına 5:0, Polşa “Legiya”sı isə Şimali İrlandiya" "Linfild"inə 1:0 hesabı ilə qalib gəliblər və növbəti mərhələyə yüksəliblər.
Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcəklər.
18 avqust
“Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) 4:0
Qollar: Xayme Romero, 11, Donald Gerye, 39, 51, Mahir Emreli, 80
“Legiya” (Polşa) – “Linfild” (Şimali İrlandiya) - 1:0
Qol: Kante, 82
“Dinamo” (Brest, Belarus) – “Astana” (Qazaxıstan) - 6:3
Qollar: Qordeyçuk, 16, 22, Peçenin, 17, Sedko, 37, Diallo, 55, 90 – Tomasov, 45, Rotariu, 53, Beysebekov, 87
“Seltik” (Şotlandiya) – “Reykyavik” (İslandiya) - 6:0
Qollar: Elyunussi, 6, 90+1, Eduard, 17, 72, Julien, 31, Teylor, 46
“Srvena Zvezda” (Serbiya) – “Europa” (Cəbəllütariq) - 5:0
Qollar: Ben, 35, 44, 52, İvaniç, 78, 87
Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsinin digər matçları avqustun 19-da keçiriləcək.