Azərbaycan idman ictimaiyyətinə itki üz verib.
Newsport.az xəbər verir ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov 70 yaşında ikən dünyasını dəyişib.
Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, , Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi
Newsport.az saytının kollektivi Xanlar müəllimin vəfatına görə dərin hüzn keçirir və mərhumun yaxınlarına, eləcə də bütün idman ictimaiyyətinə başsağlığı verir.
Allah rəhmət eləsin.