"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" Zidan

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandadan getmək niyyətində deyil.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis bu barədə Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə matçdan (1:2) sonra danışıb. O, məğlubiyyətə görə "kral klubu"ndan ayrılmayacağını bildirib:

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm. Gələcəyimlə bağlı suallar verməyə ehtiyac yoxdur. Hamımız istirahət edəcəyik və növbəti mövsüm qayıdacağıq".

Qeyd edək ki, "Real" iki oyunun toplamında "Mançester Siti"yə 2:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right