Rusiya Super Kubokunun qalibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, həlledici oyunda ölkə çempionu “Zenit”ləPremyer Liqanın gümüş medallarını qazanan Moskva “Lokomotiv”i qarşılaşıb.
Sankt-Peterburq təmsilçisi bu oyundan 2:1 hesablı qələbə qazanıb və titula sahib çıxıb.
“Zenit” bu mövsüm Rusiya çempionu olub və ölkə kubokunu qazanıb. Klub tarixində beşinci dəfə Super Kubokun qalibi olub.