"Roma"nın hücumçusu "Milan"a keçə bilər

"Roma"nın hücumçusu Edin Ceko karyerasını "Milan"da davam etdirə bilər. Newsport.az xəbər verir ki, bu barədə nüfuzlu “Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Bildirilir ki, mövsümün sonunda komandanın hücumçusu Zlatan İbrahimoviçin klubdan ayrılması gözlənilir. Onun yerinə isə rəhbərlik Cekonu düşünür.

34 yaşlı forvard paytaxt təmsilçisindən ayrılmaq niyyətindədir. Buna səbəb klubla oyunçu arasında maliyyə problemlərinin olması göstərilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right