“Barselona” onunla bağlı qərarını verdi

“Barselona” futbolçusu Nelson Semedonu komandada saxlamaq niyyətindədir.

Newsport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi 25 yaşlı müdafiəçinin müqaviləsinin müddətini artırmaq istəyir. Tərəflər arasında imzalanacaq yeni sözləşmənin 2025-ci ilin yayına qədər olacağı gözlənilir.

2017-ci ildən “Barselona”da forma geyinən Semedonun hazırkı müqaviləsi 2022-ci ilin iyuluna qədərdir. Müdafiəçi son mövsümdə La Liqada 32 oyunda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right