"Mançester Siti" yeni oyunçu alıb.
Newsport.az xəbər verir ki, "şəhərlilər" Belçikanın "Mexelen" klubunun müdafiəçisi İssa Kaboreni transfer edib. 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Mançester təmsilçisi bu keçid üçün 4,5 milyon avro təzminat ödəyib. Burkina-Fasolu futbolçu 202/21 mövsümünü icarə əsasında "Mexelen"də keçirəcək.
Kabore ötən mövsüm keçirdiyi 8 oyunda 1 qol vurub, 1 assist edib.