Premyer Liqa klubu "Ayaks"ın futbolçusunu transfer etdi

İngiltərənin "Brayton" klubu "Ayaks"ın müdafiəçisi Joel Veltmanı transfer edib.

 

Newsport.az klubun saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi Niderland millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb. "Brayton" 28 yaşlı müdafiəçinin keçidi üçün 900 min funt-sterlinq təzminat ödəyib.

 

Veltman "Ayaks"ın yetirməsidir. Niderlandlı futbolçu 2012-ci ildən Amsterdam təmsilçisinin əsas komandasında çıxış edirdi. Veltman ötən mövsüm 27 oyun keçirib.

 

"Brayton" bundan öncə "Liverpul"dan ayrılan Adam Lallana ilə 3 illik müqavilə imzalamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right