Paytaxt klubunda növbəti ayrılıq baş verdi

Daha bir futbolçu “Tottenhem”dən ayrılıb.

Newsport.az-ın məlumatına görə, qapıçı Mişel Vorm London təmsilçisini tərk edib.

36 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti yenilənməyib. Qeyd edək ki, Mişel Vorm 2014-cü ildən "Tottenhem"də çıxış edirdi.

Müdafiəçi Yan Vertongen də Premyer Liqa təmsilçisindən ayrılıb. Paytaxt klubu sosial şəbəkə hesabları vasitəsilə hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right