Latviya I Liqasında 4-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” doğma meydanda “Smiltene”yə uduzub – 2:3.
Vüqar da bu görüşün iştirakçısı olub. Bu komandaya bir neçə gün öncə transfer olunan futbolçu “Super Nova”dakı debüt matçında 90 dəqiqə meydanda olub. Əsgərov yeni komandasındakı ilk oyununda qol da vurub. 61-ci dəqiqədə sarı vərəqə alan futbolçu bundan 3 dəqiqə sonra rəqib qapısına yol tapıb.
4 oyuna 7 xal toplamış “Super Nova” 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.