"Mançester Siti" - "Real" oyunu neytral meydanda keçirilə bilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin  "Mançester Siti" - "Real" cavab matçı Portuqaliyada keçirilə bilər.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, İspaniyada koronavirusun yeni dalğası başladığı üçün İngiltərə hökuməti bu ölkədən gələn insanlara 2 həftə karantində qalma qaydası tətbiq edir. Ona görə də hazırda UEFA alternativ variantlar üzərində də düşünür. Ehtimal edilir ki,  avqustun 7-də "Etihad" stadionunda keçirilməsi nəzərdə tutulan  matç Portuqaliyada təşkil edilə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right