Messi "Barselona"ya baş məşqçi tapdı

"Barselona"nın kapitanı Lionel Messi komandasına yeni baş məşqçi tapıb.

Newsport..az xəbər verir ki, 33 yaşlı hücumçu bu vəzifəyə hazırda "Lids"i çalışdıran həmyerlisi Marselo Byelsanın təyin edilməsinin istəyir. O, klub rəhbərliyindən hazırkı baş məşqçi Kike Setyeni göndərib, əvəzinə Byelsanın gətirilməsini xahiş edib.

65 yaşlı mütəxəssis Premyer Liqada çıxış edən "Lids"ə 2018-ci ildən baş məşqçilik edir. Onun klubu ilə müqaviləsi iyulun 30-da başa çatır.

Qeyd edək ki, Byelsa bu mövsüm "Lids"i Çempionşipdə qalib edərək Premyer Liqaya yüksəldib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right