Millimizin futbolçusu İspaniya klubundan ayrıla bilər

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın “Albasete” klubu yeni mövsüm üçün heyətdə dəyişikliklər etməyə hazırlaşır. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda komandada müqaviləsi davam edən 19 futbolçu var.

Məlumata görə, rəhbərlik oyunçulardan bəzilərini icarəyə vermək niyyətindədir. Müqaviləsi gələn mövsüm başa çatacaq futbolçuların bir neçəsi ilə yollar ayrıla bilər. Bununla yanaşı, heyətə yeni transferlər də cəlb ediləcək.

Xatırladaq ki, “Albasete” 22 komandanın mübarizə apardığı İspaniya Sequndasını 52 xalla 17-ci sırada tamamlayıb.

Qeyd edək ki, İsrafilovun komandası ilə sözləşməsi 2023-cü ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right