İran çempionatında 25-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Sepahan"ın qonağı olub.
Görüş təbrizlilərin məğlubiyyəti ilə başa çatıb. Fasiləyə 1:0 hesabı ilə öndə yollanan "Traktor Sazi" ikinci hissədə üstünlüyünü əldən verb - 1:2.
Qeyd edək ki, Təbriz təmsilçisi 25 turdan sonra 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.