"Vilyarreal"dan ayrılan Santi Kasorlanın yeni klubu bəlli olub.
Newsport.az-ın məlumatına görə, İspaniya millisinin keçmiş üzvü Qətərin "Əl-Sədd" klubuna keçib. Klub 35 yaşlı yarımmüdafiəçinin müqavilə şərtlərini açıqlamayıb.
"Əl-Sədd"i İspaniya millisinin və "Barselona"nın keçmiş futbolçusu Xavi çalışdırır.
Kasorla ötən mövsüm La Liqada keçirdiyi 35 oyunda 11 qol vurub, 10 assist edib.