İngiltərə Premyer Liqası:Derbini "Yunayted" qazandı

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları davam edir. 

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub. 

Günün maraqla gözlənilən oyunu Mançesterdə keçirilib. Burada “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib.

Derbiyə marağın artıran məqamlardan biri də komandaların turnir cədvəlinin qonşu pillələrində qərarlaşması idi. 

Bol qollu oyun meydan “qırmızı şeytanlar”ın qələbəsi ilə başa çatıb – 4:2.

Digər oyunda isə lider “Çelsi” səfərdə QPR-i məğlub edib – 1:0.

Qeyd edək ki, Premyer Liqada 32-ci tura sabah keçiriləcək "Liverpul" - "Nyukasl" oyunu ilə yekun vurulacaq.
 

 

 

12 aprel

İngiltərə Premyer Liqası, 32-ci tur 

QPR - "Çelsi" - 0:1
Qol
: Fabreqas, 88

"Mançester Yunayted" - "Mançester Siti" - 4:2
Qollar
: Aquero, 8 (0:1), Eşli Yanq, 14 (1:1), Fellaini, 27 (2:1), Xuan Mata, 67 (3:1), Kris Smolinq,74 (4:1), Aquera, 89 (4:2)


 

12 aprel 

"Suonsi" - "Everton" - 1:1
Qollar:
 Lennon, 41 (0:1), Şelvey, 69-pen (1:1)

"Sauthempton" - "Hall Siti" - 2:0
Qollar:
 Ceyms Uord-Prouz, 57-pen (1:0), Qraziano Pelle, 82 (2:0)

"Sanderlend" - "Kristal Palas" - 1:4
Qollar
:  Myurrey, 48 (0:1), Bolasie, 51 (0:2),53 (0:3), 62 (0:4), Vikhem, 90 (1:4)

"Tottenhem" - "Aston Villa" - 0:1
Qol:
Benteke, 35 (0:1)

"Vest Bromviç" - "Lester" - 2:3
Qollar:
Fletçer, 8 (1:0),, Nuqent, 20 (1:1), Qardner, 26 (2:1), Robert Xut, 81 (2:2) Ceymi Vardi, 90 (2:3)

"Vest Hem" - "Stok Siti" - 1:1
Qollar:
Aaron Kressvel, 7 (1:0), Arnautoviç, 90 (1:1)

"Bernli" - "Arsenal" - 0:1
Qol:
 Remzi, 12 (0:1)

 

13 aprel

"Liverpul" - "Nyukasl" 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right