19 yaşadək futbolçulardan ibarət milli komandamızın keçmiş baş məşqçisi Nikolay Adam sabiq köməkçisi Etibar İbrahimovla yenidən bir yerdə işləyəcək.
Newsport.az-ın məlumatına görə, alman məşqçi E.İbrahimovun yeni iş yerində, Hindistanın U-17 millisində də onun köməkçisi olmasını istəyir. Artıq Adam həmyerlimizin namizədliyini Hindistan Futbol Federasiyasına təqdim edib. Təyinat qarşıdakı günlərdə rəsmiləşəcək.