"Barselona" "Mançester Siti"nin futbolçusunu istəyir

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Barselona” maraqlanır.

Məlumata görə, kataloniyalılar yayda heyəti gücləndirməyi planlaşdırır. Transfer siyahısının ilk pilləsində isə Silva yer alıb.

İddiaya görə, rəhbərlik fransalı hücumçu Antuan Qrizmannla yolları ayırmağa hazırlaşır. Onun yerinə ispaniyalı yarımmüdafiəçi heyətə cəlb ediləcək.

Qeyd edək ki, Bernardo cari mövsüm komandası ilə 32 matç keçirib və 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right