Zlatan İbrahimoviç Fransa Futbol Federasiyasının qərarı ilə 4 oyun PSJ-yə kömək edə bilməyəcək. Bunun səbəbi martın 15-də keçirilmiş "Bordo" ilə səfər matçında isveçli hücumçunun səsləndirdiyi fikirlərdi.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu diskvalifikasiya qərarını qeyri-peşəkarlıq kimi qiymətləndirib.
"Bu diskvalifikasiya dediyim sözləri təsdiq edir. İndi insanlar görürlər ki, bu sözlər həqiqət idi. Bu vəziyyət komediyanı xatırladır. Gülməli və qeyri-peşəkarlıq.. Bu, futbol üçün rüsvayçılıqdır. Federasiya məni mövsümün qalan müddətinə diskvalifikasiya etsəydi belə, razı qalardım. İstirahətə artıq hazırlaşardım. Mənim sözlərim referiyə ünvanlanmamışdı. Daha sonra onunla sakit söhbət etdik. Bunu özü də təsdiqlədi".