"Barselona"nın futbolçusu Jordi Alba zədəsini sağaldıb.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı oyunçunun "Sevilya"ya qarşı İspaniya La Liqasının 31-ci turunda keçiriləcək matça hazır olduğu bildirilib. Alba "Avro-2016"nın seçmə mərhələsində Ukrayna ilə oyunda zədələnmişdi."Sevilya" - "Barselona" görüşü bu gün keçiriləcək.