"Bayern" "Mançester Siti"nin futbolçusu Leroy Saneni transfer edib.
Newsport.az xəbər verir ki, Münhen təmsilçisi "şəhərlilər"ə bu keçid üçün 54,8 milyon funt-sterlinq təzminat ödəyib. 24 yaşlı vingerlə 5 illik sözləşmə bağlanılıb. Onun həftəlik maaşı 385 min funt-sterlinq olacaq.
"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi.