Hakim oyun zamanı televiziyaya baxıb qərarın dəyişdi

Argentina çempionatının son turunda keçirilən “Velez Sarsfild” – “Arsenal” oyununda maraqlı olay yaşanıb.

Newsport.az-ın məlumatına görə, “Velez Sarsfild”in hücumu zamanı sağ cinahdan gələn topa meydan sahiblərindən müdafiəçi Pavone, qonaqlardan isə Valensiya “girib”. Bu zaman isə hakim müdafiəçi Valensiyanın əllə oynadığını düşünərək ona ikinci sarı vərəqədən qırmızı vərəqə göstərib. “Arsenal”lı oyunçuların etirazların nəzərə alan baş hakim German Delfino stadiondakı televiziyaya baxaraq səhv qərar verdiyin, əslində isə əllə Valensiyanın yox, rəqib hücumçu Pavonenin əllə oynadığı isbat edilib. Hakim qərarın dəyişərək həm penaltini ləğv edib, həm də “sarı”nı.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right