"Sevilya" Rakitiçi havayı istəyir

“Sevilya” "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi heyətinə qatmaq niyyətindədir. Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, komanda xorvatiyalı oyunçu üçün transfer bədəli ödəmək istəmir.

Məlumata görə, Rakitiçin “Barselona” ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir. Ancaq “Sevilya” mövsüm sonu futbolçunu transfer etmək istəyir. 32 yaşlı yarımmüdafiəçinin sabiq klubuna qayıtma ehtimalı zəifdir. Çünki o, Kataloniya təmsilçisində illik 8 milyon avro qazanır. Əndəlus təmsilçisi isə bu məbləği verəcək gücdə deyil.

Qeyd edək ki, Rakitiç 2011-14-cü illərdə “Sevilya”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right