Milli komandamız və "Qranada"nın yarımmüdafiəçisi Eddi İsrafilov yenə zədələnib.
Newsport.az-ın məlumatına görə, futbolçu bu səbəbdən İspaniya La Liqasının 30-cu turu çərçivəsində "Selta"ya qarşı oyunu buraxa bilər.
Son turda Madrid "Real"ı ilə səfər oyununda (1:9) "Qranada"nın iki futbolçusu sıradan çıxıb ki, bunlar Piti və Eddidir. Köhnə zədəsini təzələyən İsrafilov ötən gün məşq də etməyib.
"Qranada" hazırda 23 xalla 19-cu pillədə qərarlaşıb.