Koronavirus pandemiyasına görə fevralda dayandırılan Yaponiya çempionatında mövsümün bərpa tarixi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, I Liqa iyulun 4-dən etibarən davam etdiriləcək. Bu barədə Yaponiya Futbol Federasiyası məlumat yayıb.
Bildirilir ki, yüksək liqada mübarizəyə iyulun 4-də start veriləcəksə, IIvə III liqada oyunlar iyunun 27-dən etibarən davam etdiriləcək. Bütün matçlar azarkeşsiz keçiriləcək.