AFFA-nı gözlədən futbolçu Rusiya klubu ilə müqaviləsini uzatdı

Rusiyanın "Ufa" klubu azərbaycanlı futbolçu Azər Əliyevin mayın 31-i başa çatacaq müqaviləsini uzadıb.

 

Newsport.az klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu mövsüm başa çatana qədər "Ufa"da qalacaq.

 

Azər 2018-ci ildən Premyer Liqa klubunda çıxış edir.

 

AFFA-nın diqqət mərkəzində olan cinah futbolçusu Azərbaycan millisinə gəlməkdə qəti qərar verməyib. Rusiya pasportu daşıyan Əliyev çempionatda əcnəbi limitinə düşməmək üçün Azərbaycan yığmasında oynamaq istəmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right